sorğu
Xəzər rayonu Zirə bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində keçirilən layihələr içərisində
qəsəbədaxili yollarda cari təmir işlərinin aparılması da salınmışdır.Bununla bağlı bələdiyyə sədri Anar Hüseynlinin Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə iclasında təsdiq edilmiş proqrama əsasən qəsəbənin bir sıra küçələrində həftə ərzində cari təmir işləri aparlımış, bəzi küçələrdəki səkilərdə ehtiyac olan yerlərə asfalt vurulmuşdur.
Bununla yanaşı Nüsrət Yaqubov adına 120 saylı tam orta məktəbin həyətində "20 Yanvar" şəhidi Nüsrət Yaqubova ucaldımış abidənin ətraf ərazilərində təmir işləri aparılmışdır.
Belediyye.info
|
|
|
|
|
|